Bakı sakinlərindən narkotik vasitə götürülüb

12:17 22 Yanvar 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 12:11 ]


Bakı. Fuad Cəfərov - APA. Bakı şəhər sakinlərində narkotik vasitə aşkar edilib. Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, BŞBPİ-nin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1972-ci il təvəllüdlü İlqar Səmədovdan 101,71 qram heroin, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Mehman Quliyevdən 420 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR