Bakı məktəblərində direktor müavini olmaq istəyənlərin nəzərinə

Bakı məktəblərində direktor müavini olmaq istəyənlərin nəzərinə
12:17 22 Yanvar 2015
111 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı məktəblərində direktor müavini olmaq istəyənlər üçün yanvarın 24-25-də imtahan keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün müsabiqə 3 mərhələdən ibarətdir. İmtahanda I mərhələdə (17-24 noyabr tarixlərində) bakuedu.az saytında qeydiyyatdan keçən və tələblərə uyğun olan namizədlər iştirak edə biləcəklər.

Yanvarın 24-25-də baş tutacaq müsabiqənin II mərhələsində isə namizədlərə imtahan keçiriləcək. Baş tutacaq imtahan özlüyündə 2 mərhələdən ibarət olacaq. Direktor müavini vəzifəsi üzrə sənəd verən namizədlərə test imtahanı (30 sual) üçün 1 saat, onlara təqdim olunmuş mövzu üzrə esse yazmaq üçün 1 saat (ümumilikdə 2 saat) vaxt veriləcək.

Laborantlıq üzrə qeydiyyatdan keçən namizədlərə isə test (30 sual) üçün 1 saat, onlara verilmiş mətnin çap edilməsi üçün 30 dəqiqə vaxt (ümumilikdə 1,5 saat) vaxt veriləcək.

İmtahandan uğurla keçən namizədlər III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcəklər.

Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR