Ermənistan Atatürk Hava Limanı və Çankaya köşkünün ərazisini iddia edir

Ermənistan Atatürk Hava Limanı və Çankaya köşkünün ərazisini iddia edir
12:18 22 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Ermənistan və erməni lobbisi Atatürk Hava Limanı və Çankaya köşkünün ərazisini iddia edir. Bu barədə Trend Türkiyənin "Habertürk" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən, qondarma “soyqırım”ın yüz illiyi münasibətilə Ermənistan və erməni lobbisi Türkiyə qarşısında ermənilərin 1915-ci il hadisələri zamanı tərk etdiyi ərazilərin onlara qaytarılması üçün vəsatət qaldırıblar.

O da qeyd olunur ki, ABŞ-da yaşayan erməni əsilli yazıçı Harut Sassouniyan yaxın vaxtlarda bu vəsatətin təmin edilməsi üçün ciddi addımlar atacağını qeyd edib.

Məlumat üçün bildirək ki, bu il yanvarın 3-də ABŞ-da yaşayan erməni əsilli Zuart Suciyan Türkiyənin Diyarbəkir Hava Limanının ərazisinin onun babasına məxsus olduğu barədə vəsatət qaldırıb.

Məlumata əsasən, Z.Suciyan Türkiyə məhkəməsinə müraciət edərək həmin ərazilərin onun babasına aid olduğunu təsdiq edən sənədləri təqdim edib.

Hazırda Z.Suciyanın təqdim etdiyi sənədlərin Türkiyə arxivlərində olan sənədlərlə uyğun olub-olmadığı araşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR