"Baku Chamber Orchestra" Gənclər Kamera Orkestri Gəncədə olub (FOTO)

"Baku Chamber Orchestra" Gənclər Kamera Orkestri Gəncədə olub (FOTO)
09:38 26 Dekabr 2014
135 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

SSRİ və Azərbaycanın xalq artisti,Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru , professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri Gəncə şəhərində olub,maraqlı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edib.

Konsertdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, klassik musiqisevərlər iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq , bütün gəncəlilərin yüksək bayram əhval-ruhiyyəsində, böyük coşqu və sevinc içərisində olduqlarını bildirib. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı nəticəsində Şeyx Nizami yurdu Gəncənin gündən-günə inkişaf etdiyini, çiçəkləndiyini, insanların rifah halının daha da yaxşılaşdığını qeyd edib. Ölkə başçısının 24 dekabr doğum günü münasibətilə şəhərimizdə möhtəşəm tədbirlərin keçirildiyini deyib. Heydər Əliyev adına Park -Kompleksdə simvolik olaraq 53 min ağac əkildiyini, Təhsil İdarəsinin inzibati binasının açılış mərasiminin, bayram atəşfəşanlığı ilə bir –birinin ardınca möhtəşəm konsertlərin keçirildiyini diqqətə çatdırıb. Konsert bəstəkar Aqşin Əlizadənin “Cəngi” musiqi əsəri ilə başlayıb.

Azərbaycanın görkəmli və tanınmış bəstəkarları Üzeyr Hacıbəylinin , Qara Qarayevin, Fikrət Əmirovun, Niyazı Tağızadənin,Arif Məlikovun, Vasif Adıgözəlovun ,Fərhad Bədəlbəylinin,klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.

İstedadlı gənc musiqiçi, Prezident təqaüdçüşü Fuad İbrahimovun dirijorluq etdiyi musiqi əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Beynəlxalq Muğam müsabiqəsinin laureatı Güllü Muradovanın, Beynəlxalq müsabiqələr laureatı Aytac Şıxızadənin,Azərbaycan Respublikasının əməkdar artisti Aydan Salamovanın ifası tamaşaçılara unudulmaz anlar bəxş edib. Sonda şəhər rəhbərliyi tərəfindən Fərhad Bədəlbəyliyə və Yeganə Axundovaya qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, Ü. Hacıbəyli adına BMA-nın 2010-cu ildə yaradılmış Gənclər Kamera Orkestrinin tərkibinə beynəlxalq müsabiqələr laureatları, istedadlı ifaçılar daxildir. Orkestrin direktoru Azərbaycanın Xalq Artisti, tanınmış pianoçu Yeganə Axundovadır.

Musiqi kollektivi dəfələrlə Avropanın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş proqramlarla çıxış edib. Orkestr dünya şöhrətli musiqiçilərlə əməkdaşlıq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR