“TuranBank”ın aktivləri 2014-cü ilin sonuna 320,1 milyon manat təşkil edib

“TuranBank”ın aktivləri 2014-cü ilin sonuna 320,1 milyon manat təşkil edib
12:28 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Maliyyə rəqəmlərinə əsasən, 2014-cü ildə “TuranBank”ın aktivləri 2013-cü illə müqayisədə 31 faiz artaraq 320,1 milyon manat təşkil edib. Bankın kredit portfeli isə ötən ilin sonu ilə müqayisədə 24 faiz artaraq 220,6 milyon manata çatıb.
Bankdan AzərTAc-a verilən məlumata görə, ötən il bankın müştəri hesabları və depozit portfeli 143,9 milyon manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 72,2 milyon manat olub. Bu göstərici 2013-cü illə müqayisədə 17,7 faiz artıb.
2014-cü il dekabrın 31-nə olan məlumata görə, bankın nizamnamə kapitalı 47 milyon manat təşkil etməklə 2013-cü illə müqayisədə 7 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın məcmu kapitalı 2013-cü ilə nisbətən 14 faiz artaraq 55,1 milyon manat təşkil edib.
2014-cü il üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 33,346 milyon manat, xərcləri isə 26,333 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın xalis mənfəəti 5,601 milyon manat olub.
Hazırda bankın 15 xidmət nöqtəsi və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR