“Şou-biznesi zooparka çeviriblər”

“Şou-biznesi zooparka çeviriblər”
12:31 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rejissor Aqil M.Quliyev tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-a açıqlamasında rejissor şou-biznesin müasir vəziyyətindən danışıb. O, klip bazarından uzaqlaşmasının səbəbini açıqlayıb:

“İndi klip bazarı yoxdur. Əgər bu sahədə irəliləyiş olsa, yeni vasitələrlə geri qayıdaram. “Tez-bazar çək, təhvil ver” sistemi ilə işləyə bilmərəm. İstəyirdim şou-biznesdə klip yenidən hadisəyə çevrilsin. Buna görə hit mahnılar lazımdır. Mən bir vaxtlar deyirdim toy bazarı yaranacaq, gülürdülər. İndi bizdə toy bazarı yarandı. Hit mahnılar yoxdur. O vaxt mənim klip çəkdiyim “Badə”, “Gecələr” kimi mahnılar yaranmır. Onları dinləyib zövq alırdım. Hərdən düşünürəm ki, o vaxtın rejissorları indiki klipmeykerlərdən xoşbəxtdirlər. Hazırda yeni çıxan bütün klipləri izləyirəm. Amma məni təəccübləndirən heç nə yoxdur. Mahnının mətni qalıb kənarda, müğənninin qarderobunu izləyirik. Klipdə vizajist yox, stilist işi olmalıdır. Mənim bir yeşik klip ssenarim var. İndiyə kimi də onlara yaxın olacaq bir klip görmürəm”.

Rejissor şou-biznesi zooparka bənzədib:

“Şadam ki, üç-dörd ildir bu “dəlixanaya” qarışmıram. Hərdən heyfim gəlir ki, axı burada layiqli insanlar var, onlar niyə bu sahədə qalıblar. Şou-biznes tamaşaçı üçün zooparka çevrilib. Özləri-özlərinə hörmət qoymurlar deyə, camaat da onlara hörmət etmir. Mən klip sahəsinə niftrət etmirəm. Peşəmə hörmətlə yanaşıram. Sadəcə, belə sahədə çalışmaq istəmirəm. Kimin üçünsə zooparkda heyvan olmaq mənlik deyil”.

Foto: Rəşad ABBASOV



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR