Direktoru zibil qabına atdılar (VİDEO)

12:36 22 Yanvar 2015
291 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada daha bir məmur zibil qabına salınıb. ANS PRESS-in məlumatına görə, bu dəfə Dnepropetrovsk opera və balet teatrının direktoru xalqın qəzəbinbə tuş gəlib.

Bir necə nəfər Aleksandr Şarovarovun kabinetinə giriblər. Onların arasında bir müddət öncə işdən çıxarılan həmin teatrın əməkdaşları da olub.

Onlar binanın fasadında Ukrayna bayrağı olmamasını əsas gətirərək direktorun istefasını tələb ediblər. Daha sonra direktorun otağından Rusiya bayrağı tapılıb. Bundan sonra vəziyyət daha da gərginləşib.

Bir necə saniyədən sonra əsəbi kütlə "Rüsvayçılıq" qışqıraraq direktoru teatr binasından çıxarıb və yaxınlıqdakı zibil qabına salıblar. Bununla da ürəyi soyumayan şəxslər ona yumurta atıblar.

Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Bəzi nümayişçilər Xarkovdada eyni aksiyanı həyata keçirməyə cəhd etsə də polis onların qarşısını ala bilib.

Qeyd edək ki, Ukraynada məmurların zibil qabına atılması aksiyası daha öncədə olub. Sentyabr ayında Odessanın sağ sektorunun fəalları müvəqqəti məşğuliyyətin itirənlər üçün Sosial sığorta Fondunun bölgə şöbəsinin direktor vəzifəsini icra edən Oleq Rudenkoya baş çəkiblər. Onlar rüşvətxorluqda ittiham edilən məmuru küçədə qoyulan iri zibil yeşiyinə salıblar.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR