Bakıda anasına 102 bıçaq vuran oğula 13 il cəza

Bakıda anasına 102 bıçaq vuran oğula 13 il cəza
12:39 22 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Anasını öldürən qısqanc oğulun cəzası açıqlanıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Mürsəl Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azər Orucov sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə 33 yaşlı M.Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd edək ki, 2013-cü il dekabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evdə, qısqanclıq zəminində anası, 52 yaşlı Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. O, könüllü olaraq Xətai RPİ 37-ci PB-yə gələrək təslim olub

 

Məlum olub ki, oğul anasına 102 bıçaq zərbəsi endirib.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR