Prezident görüşlər keçirdi (FOTO)

Prezident görüşlər keçirdi (FOTO)
13:21 22 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezidenti İlham Əliyev Davosda “Swiss Re Global Partnership” şirkətinin sədri Martin Parker ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə “Swiss Re Global Partnership” şirkəti arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.

Prezident İlham Əliyev ilə ötənilki görüşdən keçən dövr ərzində şirkətin Azərbaycanın bir sıra dövlət qurumları - Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə görüşləri nəticəsində hazırlanmış, ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair Anlaşma Memorandumu ətrafında müzakirələr aparılıb.

Dövlət başçısına bu istiqamətdə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Martin Parker bu sahədə işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Prezidenti İlham Əliyev Davosda Rusiya Federasiyası “Sberbank”ının sədri German Qref ilə də görüşüb.

Görüşdə “Sberbank”ın sədri Azərbaycanda gedən inkişaf proseslərinin maraqla izlənildiyini bildirdi, ölkəmizin müvafiq maliyyə və bank strukturları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevrildiyini deyən G.Qref rəhbərlik etdiyi bankın Azərbaycanın müvafiq qurumları ilə bundan sonra da səmərəli əməkdaşlıq aparacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişaf proseslərindən danışdı, ölkəmizin bank, maliyyə, energetika sistemlərində mühüm islahatların, eləcə də investisiya sahəsində uğurlu siyasətin həyata keçirildiyini deyib.

Dövlət başçısı Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasının önəmini qeyd edərək Azərbaycanın da xarici ölkələrə fəal sərmayə yatırdığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın maliyyə qurumları ilə “Sberbank” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Dövlət başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə də görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycanın Avropanın enerji təminatında artan rolunun önəmi vurğulandı, bu sahədə “Cənub” qaz dəhlizinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı gələn ay Bakıda keçiriləcək “Cənub” qaz dəhlizinin nazirlər səviyyəsində birinci məşvərət şurasına dair məsələlər müzakirə edilib, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR