Səfirimiz "İlin adamı" oldu

Səfirimiz "İlin adamı" oldu
13:22 22 Yanvar 2015
147 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Ukraynadakı səfiri "İlin adamı" seçilib. Azərbaycanın Ukraynadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfir Eynulla Mədətli diplomatiya sahəsində beynəlxalq mükafat qazanıb.

Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli Azərbaycan və Ukrayna arasında humanitar əlaqələrin inkişafı, dərinləndirilməsi və genişləndirilməsi istiqamətində xidmətlərinə görə “İlin adamı” proqramının Ali Akademik Şurasının qərarı təltif edilib.

2014-cü il üzrə beynəlxalq və xüsusi mükafatlar 21 mart 2015-ci il tarixində keçiriləcək “İlin adamı –2014”mükafatlarının təntənəli təqdimetmə mərasimində təqdim ediləcək.

Eynulla Mədətli 2010-cu ildən Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. Onun səyləri nəticəsində Ukrayna-Azərbaycan siyasi və iqtisadi əlaqələri fəallaşıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR