Azərbaycanda nəqliyyat vasitələrinin hərəkət rejimlərinə nəzarət edilməsində tətbiq edilən ölçmə vasitələri yoxlanacaq

09:57 26 Dekabr 2014
92 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 09:50 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda sərnişin və yük daşımasını həyata keçirən nəqliyyat vasitələrinin hərəkət rejimlərinə, sürücülərin iş və istirahət rejiminə nəzarət edilməsində tətbiq edilən ölçmə vasitələri əməyin mühafizəsinin təmin edilməsi üçün akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılacaq.

 

APA-nın məlumatına görə,  bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı”nda əksini tapıb.

 

Ümumilikdə siyahıya 18 sahə üzrə ölçmə vasitələri daxil edilib. Bura əməyin mühafizəsinin təmin edilməsi sahəsində işlərin yerinə yetirilməsi üzrə ölçmə vasitələrindən başqa, səhiyyə, baytarlıq, ətraf mühitin mühafizəsi, təhlükə potensiallı obyektlərin istismarına dair qanunvericiliklə müəyyən edilmiş texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət, ödənişli xidmətlərin göstərilməsi, ticarət əməliyyatları, malların ölçülüb qablaşdırılması, dövlət uçot və qeydiyyat əməliyyatları, su, qaz, elektrik və istilik enerjisinin sərfinin uçotu, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, bank, vergi və gömrük, fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi, geodeziya və kartoqrafiya, hidrometeorologiya, məhsulların (işlərin, xidmətlərin) normativ hüquqi aktlarla müəyyən edilmiş məcburi tələblərə uyğunluğunun qiymətləndirilməsi sahələrində fəaliyyətin həyata keçirilməsi üzrə ölçmə vasitələri, rəsmi idman yarışlarının keçirilməsi, idmançıların hazırlanması, dövlət orqanlarının ölçmələrin məcburi aparılması barədə qərarlarının icrası, bitki mühafizəsi və karantini, aqrokimyəvi tədbirlərin və dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi üzrə ölçmə vasitələri daxildir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR