Tarixi görüş baş tutdu

Tarixi görüş baş tutdu
13:22 22 Yanvar 2015
193 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın Kuba ilə münasibətlərin yaxşılaşdırılmasına dair qəbul etdiyi tarixi qərardan sonra iki ölkə rəsmiləri arasında tarixi görüş də baş tutub. Hər iki ölkə rəsmiləri Kubanın paytaxtı Havanada bir araya gəliblər. Görüş zamanı, tərəflər miqrasiya məsələləri, hər iki ölkədə səfirliklərin açılması və münasibətlərin normallaşdırılması üçün “yol xəritəsi”nin çəkilməsi məsələlərini müzakirə ediblər.

ANS PRESS-in məlumatına görə, danışıqlar zamanı tərəflər hələlik miqrasiya məsələsində razılığa gələ bilməyiblər. Kuba xarici işlər nazirliyinin Amerik Birləşmiş Ştatları departamentinin direktoru Xosefina Vidal qeyd edib ki, Amerikanın “Yaş ayaq, quru ayaq” aktı bu ölkəyə qanunsuz miqrant axınına stimul verir. Bu akta əsasən, Kubadan dəniz vasitəsi ilə Amerika Birləşmiş Ştatlarına keçməyə çalışan qanunsuz miqrantlar saxlanılarsa, üçüncü bir ölkəyə ekstradisiya olunur. Miqrant Amerikaya ayaq basarsa, ona bu ölkədə bir ildən sonra daimi yaşayış hüququ verilir.

Prezident Barak Obama Konqresdə çıxışı zamanı Kuba ilə münasibətləri bərpa etmək istəyinə aydınlıq gətirib.

“Əgər görülən tədbirlər 50 il müddətində bir fayda vermirsə, deməli, yeni nəsə etmək lazımdır. Kuba ilə yeni siyasətin imkanları çoxdur. Yeni yanaşma tərzi iki ölkə arasında olan etibarsızlığın aradan qaldırılmasına, Kubada uydurma məhdudiyyətlərin ləğv edilməsinə, demokratik dəyərlərin qorunmasına və Kuba xalqına dostluq əlinin uzadılmasına imkan verəcək. Bu il Konqres də Kubaya qarşı qadağaları aradan qaldırmalıdır”, - deyə Barak Obama bildirib.

Rəsmi Vaşinqton və Havanın diplomatik əlaqələri 1961-ci ildə baş vermiş Kuba inqilabından sonra kəsilib. Həmin vaxt hakimiyyətə gəlmiş Fidel Kastro geniş şəkər plantasiyalarının milliləşdirilməsinə və ABŞ a məxsus mülkiyyətin, o cümlədən neft zavodlarının müsadirəsinə qərar verib. 1962 -ci Amerikalı prezident Con Kenedi cavab olaraq qonşu ölkəyə qarşı ticarət embarqosu tətbiq edib.

Həmin ilin oktyabr ayında isə Sovet raketlərinin ölkəyə gətirməsi Karib böhranına yol açıb. Nəticədə ABŞ problem həllini tapana kimi adanı blokadaya salıb.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR