Azərbaycan prezidenti “Swiss Re Global Partnership” şirkətinin rəhbəri ilə görüşüb

Azərbaycan prezidenti “Swiss Re Global Partnership” şirkətinin rəhbəri ilə görüşüb
13:22 22 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 13:10 ]


Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Davosda “Swiss Re Global Partnership” şirkətinin sədri Martin Parkerlə görüşüb.

 

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla “Swiss Re Global Partnership” şirkəti arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.
 

Prezident İlham Əliyevlə ötənilki görüşdən keçən dövr ərzində şirkətin Azərbaycanın bir sıra dövlət qurumları - Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə görüşləri nəticəsində hazırlanmış, ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair Anlaşma Memorandumu ətrafında müzakirələr aparılıb.


Dövlət başçısına bu istiqamətdə verdiyi dəstəyə görə təşəkkürünü bildirən M. Parker bu sahədə işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR