Bakıda təriqət üzvləri tutuldular

Bakıda təriqət üzvləri tutuldular
13:22 22 Yanvar 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

“Yəhova şahidləri” dini təriqətini təbliğ edənlər saxlanılıblar.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində qəsəbə sakinləri Məhluqə Əhmədovaİsmayıl Bağırov “Yəhova şahidləri” dini təriqətini təbliğ etdikləri üçün Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Qaradağ RPİ 10-cu PB-yə təhvil veriliblər.

Onlardan təbliği və yayılması qanunla qadağan olunmuş 10 ədəd dini kitab götürülmüş və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR