Bu ölkə Bakıda səfirlik açdı

Bu ölkə Bakıda səfirlik açdı
13:22 22 Yanvar 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında diplomatik nümayəndəliyi təsis edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, diplomatik nümayəndəliyin müvəqqəti işlər vəkili Abbes Benmoussat XİN-nin Dövlət Protokolu İdarəsində qəbul olunub.

Xatırladaq ki, Əlcəzair Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. Azərbaycan ilə Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü il aprelin 22-də yaradılıb.

İki ölkə arasında əməkdaşlıq əsasən Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR