BQXK əməkdaşları Dağlıq Qarabağda saxlanan azərbaycanlı girovlara bir həftə ərzində iki dəfə baş çəkiblər

BQXK əməkdaşları Dağlıq Qarabağda saxlanan azərbaycanlı girovlara bir həftə ərzində iki dəfə baş çəkiblər
13:22 22 Yanvar 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 13:06 ]

Bakı. Hafiz Heydərov - APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə yanvarın 16-sı və 21-də baş tutub.

 

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda azərbaycanlılara ailə məlumatları çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb.

 

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

 

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

 

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR