Bakıda iki nəfər "Yehova şahidləri” dini təriqətini təbliğ etdiyi üçün saxlanılıb

13:22 22 Yanvar 2015
195 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 13:06 ]


 

Bakı. Fuad Cəfərov -APA. Bakı sakinlərindən qadağan olunmuş kitablar götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov “Yehova şahidləri” dini təriqətini təbliğ etdikləri üçün Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə təhvil veriliblər. Saxlanılan şəxslərdən təbliği və yayılması qanunla qadağan olunmuş 10 ədəd dini kitab götürülüb və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR