Azərbaycanda ölçmə vasitələrinin siyahısı təsdiq edildi

09:58 26 Dekabr 2014
53 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycanda “Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı” təsdiq edilib. Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarına əsasən, təsdiq olunan siyahıya səhiyyə sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə, bitki mühafizəsi və karantini, aqrokimyəvi tədbirlərin həyata keçirilməsi üzrə, baytarlıq sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə, əməyin mühafizəsinin təmin edilməsi sahəsində işlərin yerinə yetirilməsi üzrə, təhlükə potensiallı obyektlərin istismarına dair qanunvericiliklə müəyyən edilmiş texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi üzrə, ödənişli xidmətlərin göstərilməsi, ticarət əməliyyatları, malların ölçülüb qablaşdırılması sahələrində fəaliyyətin həyata keçirilməsi üzrə, dövlət uçot və qeydiyyat əməliyyatları sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə, su, qaz, elektrik və istilik enerjisinin sərfinin uçotu sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi üzrə, bank, vergi və gömrük əməliyyatlarının həyata keçirilməsi üzrə, fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi üzrə, geodeziya və kartoqrafiya sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə, hidrometeorologiya sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə, məhsulların (işlərin, xidmətlərin) normativ hüquqi aktlarla müəyyən edilmiş məcburi tələblərə uyğunluğunun qiymətləndirilməsi sahəsində fəaliyyətin həyata keçirilməsi üzrə, rəsmi idman yarışlarının keçirilməsi, idmançıların hazırlanması sahəsi üzrə, dövlət orqanlarının ölçmələrin məcburi aparılması barədə qərarlarının icrası üzrə, dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi üzrə ölçmə vasitələr daxil edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR