Günay İbrahimli: "Atam deyir ki, sənin başın xarab olub"

Günay İbrahimli: "Atam deyir ki, sənin başın xarab olub"
13:22 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Solo” verilişinin qonağı olan müğənni Günay İbrahimli bu sənətdə çox işlər gördüyünü deyib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı prodüser Tolikin “Günayın Aygün Kazımova, Röya, Sevda olmağına hələ çox var” sözlərinə də cavab verib:

"Mən yuxarıdan aşağı baxmıram. Hər zaman yuxarıya baxıram. Sənətdə sevdiklərim də, sevmədiklərim də var. Həmişə başımı aşağı salıb çalışan olmuşam. İşlərimlə adımı təsdiqləmişəm. Amma bu adı qoruyub saxlamaq çox çətindir. Hərdən bezirəm, başımı götürüb getmək istəyirəm.

Geriyə baxanda isə görürəm ki, nə qədər işlər görmüşəm. Əvvəl oxuduğum mahnıları daha çox bəyənirəm, çünki onda əsəbləşmirdim. Son vaxtlar isə çox əsəbləşirəm, bu da səsimə təsir edir.
Bu sənətdə Aygün Kazımovanın, Röyanın, Sevdanın öz yeri, sevəni var. Kimin daha məşhur olduğunu, çox sevildiyini biz yox, tamaşaçı deyə bilər".

Nəzərə inandığını deyən G.İbrahimli hər səhər üzərlik yandırır:

"Hər gün səhər yuxudan duranda ilk işim üzərlik yandırmaqdır. Evi iy bürüyür. Evdəkilər beziblər. Atam deyir ki, sənin başın xarab olub. Amma nəzərdən bu cür qorunduğumu düşünürəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR