DANİB Gəncədə təqdimat və “Fərdi İnkişaf” mövzusunda təlim keçirib (FOTO)

DANİB Gəncədə təqdimat və “Fərdi İnkişaf” mövzusunda təlim keçirib (FOTO)
09:58 26 Dekabr 2014
239 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Gəncədə yerli üzvləri və fəal gənclərlə görüş keçirib.

Toplantıdan öncə DANİB rəhbərliyi ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül-çiçək dəstəsi qoyub. Dövlət himninin səslənməsindən sonra DANİB-in Gəncə şəhəri üzrə koordinatoru Nicat Ağayev çıxış edərək təşkilatın region gənclərini daim diqqət mərkəzində saxladığını deyib və 2014-cü il ərzindəki fəaliyyətlərinin məhsuldar olduğunu bildirib.

Nicat Ağayev görüşün məhz yerli gənclərin istəyi əsasında reallaşdırıldığını və toplantıya 70-dən artıq şəxsin qatıldığını qeyd edib. Toplantıda çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev dövlətin gənclərin hərtərəfli inkişafı üçün yaratdığı şəraitdən bəhs edərək son illərdə bu sahədə Gəncədə həyata keçirilən işlər haqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Naqif Həmzəyev şəhər gənclərinin ictimai fəallığının artırılması, onların təhsil, beynəlxalq və sosial proqramlarda iştirakının stimullaşdırılması istiqamətində icra hakimiyyətinin ardıcıl həyata keçirdiyi fəaliyyətin 2016-cı il üçün Avropanın Gənclər paytaxtı seçilən Gəncənin dünyaya layiqincə tanıdılmasında mühüm rol oynayacağına əminliyini bildirib.

DANİB-in 2014-cü ildə həyata keçirdiyi təlim və seminarların hamısında Gəncə gənclərinində fəal iştirak etdiyini deyən təşkilat sədri Elməddin Behbud vətəndaş cəmiyyətinin inkişafı, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində üzərlərinə düşən ictimai məsuliyyətə hər zaman ciddi münasibət bəslədiklərini və regionları daim diqqət mərkəzində saxladıqlarını qeyd edib. Ölkə prezidenti, cənab İlham Əliyevin hər zaman gənclərin ictimai və sosial problemlərini diqqətdə saxladığını və onların həlli üçün mühüm dövlət proqramları qəbul etdiyini bildirən təşkilat sədri DANİB-in 2014-cü ildə həyata keçirdiyi layihələr barədə danışıb. DANİB-in təsis edilmə səbəbləri, məqsəd və vəzifələri, reallaşdırdığı layihələr haqqında toplantı iştirakçılarına geniş məlumat verən Elməddin Behbud 13 il ərzində ardıcıl fəaliyyət göstərərək yüzlərlə maarifləndirmə xarakterli tədbirlər keçirdiklərini və ölkənin ikinci böyük şəhərinin gənclər auditoriyası ilə 2015-ci ildə daha yaxından əməkdaşlıq etməyi düşündüklərini bildirib. Görüşün və təlimin keçirilməsində əsas məqsədin Gəncə gənclərinin maarifləndirilməsi və təşəbbüs və təklifləri canlı olaraq dinləmək olduğunu deyən Elməddin Behbud toplantıda gözlədiyindən də böyük fəallıqla rastlaşmaqlarından məmnunluğunu ifadə edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdə toplantıya qatılaraq yerli gənclərin maraqlarının daim diqqət mərkəzində saxlanıldığını və 2016-cı il üçün Avropanın Gənclər paytaxtı seçilən Gəncənin tamlıqla abad və modern infrastruktura malik şəhərə çevrilməsi üçün görülən işlər haqqında məlumat verib.

Sonra təşkilatın yaranmasının 13 illiyinə həsr olunan video çarxın təqdimatı olub.

DANİB İdarə Heyətinin üzvü Turac Musayev, Birliyin üzvləri Fərid Məhərrəmli, Ləman Heydərova və digər şəxslər çıxışlarında DANİB-in 13 illik təcrübəyə malik olan, ölkənin fəal gənclər təşkilatlarından biri olduğunu vurğulayaraq Birliyin fəaliyyət priotetlərini region gəncləri ilə birgə müzakirə etməyə hazır olduqlarını bildiriblər. Sonra “Fərdi İnkişaf” mövzusunda təlim başlayıb. Təlimçi Fəxri Məmmədli mövzu haqqında məlumat verdikdən sonra iştirakçılar qruplara bölünüb və 2 saat müddətində müxtəlif nəzəri biliklər qeyri-formal təhsil üsulu ilə, qrup oyunları vasitəsi ilə öyrənilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR