Respublika ərazisində 11084 yanğın hadisəsi baş verib

Respublika ərazisində 11084 yanğın hadisəsi baş verib
13:23 22 Yanvar 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Ötən il ərzində baş vermiş yanğınların söndürülməsi üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11084 çıxış edilib.
Bunun 2225-i çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 6538-i açıq sahələrdə, 381-i nəqliyyat vasitələrində, 38 meşə və meşə talalarında, 1902-si digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildiriblər ki, yanğın hadisələri zamanı 59 nəfər həlak olub, 99 nəfər xəsarət alıb. Bu da 2013-cü il ilə müqayisədə yanğından həlak olanlar üzrə 2 nəfər və ya 3 faiz az, xəsarət alanlar üzrə 12 nəfər və ya 14 faiz çoxdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Respublika_erazisinde_11084_yangin_hadisesi_bas_verib-826646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR