Bakıda hoteldə cinayət törədənlərə 25 il cəza

Bakıda hoteldə cinayət törədənlərə 25 il cəza
13:23 22 Yanvar 2015
182 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Famil Cavadov və Vüsal Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Famil Cavadov 14 il, Vüsal Qasımov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

2014-cü ilin fevralın 22-də Zığ qəsəbəsi R.Göyüşov küçəsində yerləşən hoteldə naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə hədələyərək ondan 5547 manat və 3405 ABŞ dollar alıblar.

Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Famil Cavadov fevralın 24-də, cinayətin digər iştirakçı 1988-ci il təvəllüdlü Vüsal Qasımov isə iyunun 22-də tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR