Respublika ərazisində 36 partlayış hadisəsi baş verib

13:23 22 Yanvar 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Ötən il ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib. Bu da 2013-cü illə müqayisədə 7 hadisə və ya 24 faiz çoxdur.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildiriblər ki, partlayışlar zamanı 16 nəfər həlak olub, 75 nəfər xəsarət alıb.
Bu hadisələrdən 16-sı fərdi yaşayış evlərində, üçü fərdi evin yardımçı tikililərində, yeddisi çoxmənzilli yaşayış binalarında, ikisi sosial-məişət və mədəniyyət təyinatlı binada, üçü istehsalat obyektində, biri yanacaqdoldurma məntəqəsində, biri yeni inşa olunan obyektdə, biri yük avtomobilində, biri digər yaşayış binasında, biri isə digər ticarət obyektlərində qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Respublika_erazisinde_36_partlayis_hadisesi_bas_verib-826639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR