Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşü olub
13:23 22 Yanvar 2015
74 Digər
Ölkə mətbuatı
A- A+


Davos, 22 yanvar, AzərTAc
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycanın Avropanın enerji təminatında artan rolunun önəmi vurğulandı, bu sahədə “Cənub” qaz dəhlizinin əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı gələn ay Bakıda keçiriləcək “Cənub” qaz dəhlizinin nazirlər səviyyəsində birinci məşvərət şurasına dair məsələlər müzakirə edildi, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyevin_Avropa_Komissiyasinin_enerji_birliyi_uzre_vitse_prezidenti_ile_gorusu_olub-826634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR