Dövlət Sosial Müdafiə Fondunun sədri Xaçmazda məcburi sosial sığorta ödəyicilərini və pensiyaçıları qəbul edib

Dövlət Sosial Müdafiə Fondunun sədri Xaçmazda məcburi sosial sığorta ödəyicilərini və pensiyaçıları qəbul edib
13:24 22 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 22 yanvar, Elxan Yusifli, AzərTAc 
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət, şikayət və təkliflərinin araşdırılaraq həll olunması üçün konkret tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq  yanvarın 22-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Xaçmazda şimal rayonlarından olan məcburi dövlət sosial sığorta ödəyicilərini və pensiyaçıları qəbul edib.
Fondun Xaçmaz rayon şöbəsinin inzibati binasında keçirilən qəbula gələn sakinlər əsasən pensiya təyinatı, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi ilə bağlı müraciətlər ediblər.
Bununla yanaşı, qəbul zamanı vətəndaşların pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciətləri də dinlənilib.
Bəzi vətəndaşlar isə əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması və digər məsələlər barədə təklif və şikayətlər ediblər.
Fondun məsul əməkdaşlarının və Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb.
“Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
Qəbulda iştirak edənlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayaraq, pensiyaçılara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını ifadə ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Sosial_Mudafie_Fondunun_sedri_Xachmazda_mecburi_sosial_sigorta_odeyicilerini_ve_pensiyachilari_qebul_edib-826635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR