Otelə basqın edib külli miqdarda pul aparanlara 25 il həbs cəzası

Otelə basqın edib külli miqdarda pul aparanlara 25 il həbs cəzası
13:24 22 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Famil Cavadov və Vüsal Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin qərarı ilə Famil Cavadov 14 il, Vüsal Qasımov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd edək ki, 2014-cü il fevralın 22-də Zığ qəsəbəsi R.Göyüşov küçəsində yerləşən oteldə naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə  hədələyərək  ondan 5547 manat və 3405 ABŞ dollar alıblar. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Famil Cavadov fevralın 24-də, cinayətin  digər iştirakçı 1988-ci il təvəllüdlü Vüsal Qasımov isə iyunun 22-də tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR