Quldurluqda təqsirləndirilən şəxslərə hökm oxunub

13:27 22 Yanvar 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 12:54 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Famil Cavadov və Vüsal Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 

 

APA-nın məlumatına görə prosesdə hökm oxunub. Hökmə əsasən, Famil Cavadov 14 il, Vüsal Qasımov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd edək ki, 2014-cü ilin fevralın 22-də Zığ qəsəbəsində yerləşən hoteldə naməlum şəxslər İlqar Əbilovu hədələyərək ondan 5547 manat və 3405 ABŞ dolları alıblar.
 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Famil Cavadov və Vüsal Qasımov tutulub.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR