Azərbaycanın bəzi yerlərində sulu qar və qar yağacaq

13:27 22 Yanvar 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 12:54 ]

Yaxın 2 gündə rütubətliliyin çox olması və buludlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

Bakı. Könül Kamilqızı - APA.  Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq.

 

Yanvarın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü nisbətən əlverişli olsa da, rütubətliliyin çox olması və buludlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR