ABB-nin məcmu kapitalı 1,2 milyard dolları otüb

ABB-nin məcmu kapitalı 1,2 milyard dolları otüb
13:28 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend /

Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 22,7% artaraq 2015-ci il yanvarın 1-nə 8,8 mlrd. manata çatıb. Bu barədə Trend-ə bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli illik müqayisədə 16,6% artaraq 2015-ci il yanvarın 1-nə 5,868 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 678,5 mln. manat təşkil edib.

Ötən il ərzində əhali tərəfindən banka 117,3 milyon manat həcmində əmanət qoyulub. Beləliklə, 1 yanvar 2015-ci il tarixinə əhalinin ABB-dəki əmanətlərinin həcmi 1,730 milyard manata bərabər olub.

Bankın məcmu kapitalı 1008,4 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 590,2 mln. manata çatdırılıb.

Bankın gəlirləri 585,8 mln. manat təşkil edib. 2014-ci ilin ABB-nın xalis mənfəəti 64,5 mln. manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR