Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada nümayiş etdirəcəklər

Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada nümayiş etdirəcəklər
13:28 22 Yanvar 2015
326 Ölkə
Ölkə mətbuatı
A- A+


Quba, 22 yanvar, Elxan Yusifli, AzərTAc 
Adı “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən qubalı pəhləvan Laçın Abdulhüseynov və qardaşı Hüseyn Ukrayna televiziyasında yayımlanan “Ukraina mae talant” layihəsində iştirak edəcəklər.
AzərTAc xəbər verir ki, pəhləvan qardaşlara fevral ayının 5-də keçiriləcək seçim turlarında iştirak etmək üçün layihə müəllifləri tərəfindən xüsusi dəvət məktubu göndərilib. Məktubda bildirilib ki, beynəlxalq səviyyədə təşkil olunacaq televiziya şousunun yeddinci mövsümünə dünyanın məşhur mədəniyyət nümayəndələri dəvət alıblar.
Pəhləvan Laçın Abdulhüseynov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, müsabiqədə uğurla çıxış etmək üçün xüsusi nömrələr hazırlayıblar. Gərgin məşqlər edən pəhləvan qardaşlar Ukraynaya fevralın 3-də yola düşəcəklər.
Xatırladaq ki, pəhləvan Laçın Abdulhüseynov 2014-cü il avqustun 3-də Gürcüstanın Dmanisi şəhərində yeni dünya rekordunun müəyyən edilməsi ilə əlaqədar keçirilən tədbirdə diqqət mərkəzinə düşüb. O, Qafqaz Dünya Rekordları Federasiyasının təşkil etdiyi mərasimdə 2 nominasiyada yeni dünya rekordunu təzələməyi bacarıb.
Azərbaycan pəhləvanı qeyri-adi üsulla, göz, həm də hulqum nahiyəsində 33 kiloqram ağırlığı qaldırmaqla hamını təəccübləndirib. Bununla da Laçın Abdulhüseynov “Ginnesin rekordlar kitabı”na namizəd adını qazanıb.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR