Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
13:38 22 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afqanistandaki_sulhmeramlilarimizin_bir_qrupu_Azerbaycana_qayidib-826665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR