Prezident “Swiss Re Global Partnership” şirkətinin sədri ilə görüşüb

Prezident “Swiss Re Global Partnership” şirkətinin sədri ilə görüşüb
13:39 22 Yanvar 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Swiss Re Global Partnership” şirkətinin sədri Martin Parker ilə görüşüb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə “Swiss Re Global Partnership” şirkəti arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.

Prezident İlham Əliyev ilə ötənilki görüşdən keçən dövr ərzində şirkətin Azərbaycanın bir sıra dövlət qurumları - Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə görüşləri nəticəsində hazırlanmış, ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair Anlaşma Memorandumu ətrafında müzakirələr aparılıb.

Dövlət başçısına bu istiqamətdə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Martin Parker bu sahədə işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR