Ata-anasının ölümünə dözmədi, özünü asdı - FOTO

Ata-anasının ölümünə dözmədi, özünü asdı - FOTO
13:42 22 Yanvar 2015
203 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin Lankaşir qraflığının sakini Kessi Riçardson intihar edib. O, valideynlərinin vəfatından sonra ağır depressiyada idi.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, polis 34 yaşlı K.Riçardsonun cəsədini onun Flitvud şəhərinin Tornton Klevlis səmtindəki evində tapıb.
Polisdən verilən məlumata görə, Kessi Riçardson valideynlərinin vəfatından sonra dəfələrlə həkimlərə müraciət edərək depressiyaya, bədbinliyə, ruh düşkünlüyünə qapıldığını söyləyibmiş.
 
Kessi Riçardsonun valideynləri Toni və Cenis 2010-cu ildə bir-birlərindən cəmi 4 gün fərqlə ölmüşdülər.
 
Kessi həmin vaxtdan ötən 4 il ərzində sürəkli depressiyada olub. Bunu onun qızı, 17 yaşlı Sofi də təsdiqləyib.
 
Milli.Az
 





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR