Nazir bikini ilə poz verdi (FOTO)

Nazir bikini ilə poz verdi (FOTO)
10:16 26 Dekabr 2014
198 Digər
Ölkə mətbuatı
A- A+

Yamaykalı nazir sosial şəbəkədə bikinili fotosunu paylaşıb.

ANS PRESS-in məlumatına görə, 39 yaşlı mədəniyyət və gənclər naziri Liza Hannanın fotosu insanların xeyli diqqətini çəkib. Bu şəkil "Siyasətçi belə poza verə bilərmi?" sualını ağıllara gətirib.

Xanım nazir 1993-cü ildə dünya gözəllik kraliçası olub. Gənclər və mədəniyyət naziri Liza bikinili fotosunu həm Instagram-da, həm də Facebook-da paylaşıb.

Nazirin üç həftə əvvəl 28 min təqibçisi olduğu Instagram hesabından paylaşdığı fotoya marağ daha çox olub. İstifadəçilər nazir haqqında fikirlərini bildiriblər. Fotonun aşağısına "çox seksualsınız", "yaşayan ən seksual qadınlardan birisiniz", "bu fotonun böyük formatda olanı var?" kimi ifadələr qeyd edilib.

Xüsusilə ölkədəki mühafizəkarlar nazirlik məqamında oturan biri üçün bu cür şəkillərin çox açıq-saçıq olduğunu düşünür. Bu tənqidlərə isə nazirin tərəfdarları "Həm gözəl görünür, həm də işini edir" şərhləriylə cavab verib.












Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR