“Təhsil” Respublika İdman Mərkəzinin boks üzrə açıq respublika birinciliyi başa çatıb

13:43 22 Yanvar 2015
227 İdman
Ölkə mətbuatı
A- A+



Bakı, 22 yanvar, AzərTAc 
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 15-16 yaşlı yeniyetmələr arasında keçirdiyi boks üzrə açıq respublika birinciliyi başa çatıb.
Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, yarışın keçirilməsinin məqsədi bu yaş qrupunda “Təhsil” RİM-in yığma komandasını müəyyənləşdirməkdir.
Birincilikdə nazirliyin tabeliyində olan iyirmi idman məktəbinin 140 idmançısı mübarizə aparıb. Gərgin keçən görüşlərin nəticələrinə əsasən, komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası, II yerə Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası, III yerə Ağdaş rayon Uşaq-Gənclər İdman Məktəbinin komandası layiq görülüb.
Müxtəlif çəki dərəcələrində və komanda hesabında uğur qazanan qaliblərə medal, diplom və kuboklar təqdim olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Respublika_Idman_Merkezinin_boks_uzre_achiq_respublika_birinciliyi_basa_chatib-826669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR