Özbəkistan teatrı “Arşın mal alan” operettası əsasında konsert-tamaşa hazırlayıb

13:43 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Daşkənd, 22 yanvar, AzərTAc
Yanvarın 26-da Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış konsert-tamaşa göstəriləcək.
Layihənin bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanovadır. Konsert-tamaşanın musiqi nömrələrini Beynəlxalq müsabiqələr laureatı “Qolden Trophu” Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa edəcək.
Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunacaq.
Qeyd edək ki, “Arşın mal alan” tamaşası Özbəkistanda çox populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər bir neçə il əvvəl paytaxtdakı Operetta Teatrında rus dilində tamaşaya qoyulub, indi də səhnədədir.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR