Gələn həftə ABŞ qoşunları Əfqanıstandan çıxır

10:17 26 Dekabr 2014
61 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 10:12 ]

Barak Obama: “Qarşıda dünyanın bir çox yerlərində, o cümlədən İraqda həyata keçiriləcək mürəkkəb missiyalar durur”

Bakı - APA. ABŞ Əfqanıstandakı hərbi missiyasını gələn həftə başa çatdıracaq.

 

APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Barak Obama hərbçilərlə görüşündə bildirib.

 

“Biz 13 ildir fasiləsiz olaraq müharibə vəziyyətindəyik” - deyən prezident qeyd edib ki, Vaşinqton və Nyu-Yorkda baş verən terror aktlarına cavab olaraq 2001-ci ilin oktyabrında Əfqanıstanda başlayan əməliyyat gələn həftə sona çatacaq: “İnanıram ki, amerikanların kampaniyası nəticəsində əfqanların öz ölkələrini bərpa etmək şansı yaranıb, ABŞ-da isə təhlükəsizlik səviyyəsi yüksəlib”.

 

Bununla belə, B.Obama əlavə edib ki, qarşıda dünyanın bir çox yerlərində, o cümlədən İraqda həyata keçiriləcək mürəkkəb missiyalar durur.

 

Qeyd edək ki, dekabrın 7-də NATO-nun da Əfqanıstandakı missiyası başa çatıb. Dekabrın ortalarında B.Obama bildirib ki, 2015-ci ildə Əfqanıstan və İraqda 180 min nəfərlik hərbi kontingent 15 min nəfərədək azaldılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR