TQDK yanvarın 24-də ilk dəfə SAT imtahanı keçirəcək

13:53 22 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanı keçirəcək.
TQDK-dan AzərTAc-a bildiriblər ki, bu imtahan şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. İmtahanın müddəti 3 saat 45 dəqiqədir.
İmtahan saat 8.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanda iştirak edəcək şəxslər saat 7.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikənlər imtahan zalına buraxılmayacaqlar.
Qeyd edək ki, TQDK tərəfindən növbəti SAT imtahanının mayın 2-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və aprelin 7-si saat 9:00-dək davam edəcək. Qeydiyyatdan http://sat.collegeboard.org/register/sat-international-dates linki vasitəsilə keçmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TQDK_yanvarin_24_de_ilk_defe_SAT_imtahani_kechirecek-826674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR