Səfir: “Ukraynada yaşayan Azərbaycan diasporu da Ukrayna dövlətini dəstəkləyir”

Səfir: “Ukraynada yaşayan Azərbaycan diasporu da Ukrayna dövlətini dəstəkləyir”
13:57 22 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 13:52 ]

Bakı. Rüfət Əhmədzadə - APA. “Ukrayna ilə Azərbaycan arasında münasibətlərdə hər hansı problem yoxdur. Bu ölkədə yaşayan Azərbaycan diasporu da Ukrayna dövlətini dəstəkləyir. Biz onlara minnətdarıq".

APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin 22 Yanvar – Birlik Günü münasibəti ilə keçirilən dəyirmi masada deyib.

 

Səfir bildirib ki, Ukraynada bir-iki azərbaycanlının separatçıları dəstəkləməsi halı olsa belə, bu, Azərbaycan xalqının və diasporunun mövqeyini, iradəsini əks etdirmir: “Belə halın olması belə, Ukrayna ilə Azərbaycanın münasibətlərini, Ukraynada Azərbaycan diasporuna olan yüksək münasibəti dəyişə bilməz. Separatçıları dəstəkləyənlər arasında ukraynalılar da, başqa millətlərin nümayəndələri də var”.

 

Səfir Ukraynada Kremençuq meri olmuş azərbaycanlı Oleq Babayevə abidə qoyulmasını da xatırladıb: “Ölkəmizdə bu prosedur asan baş tutmur. Oleq Babayev Kremençuq sakinlərinin böyük rəğbətini qazanmışdı”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR