Ən çox qazanan klub

Ən çox qazanan klub
13:58 22 Yanvar 2015
184 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Deloitte" şirkəti 2013-2014-cü il mövsümündə ən çox gəlir əldə etmiş futbol klublarının reytinqini açıqlayıb.

Trend-in cümə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, siyahıya Madridin "Real" klubu başçılıq edir. İspaniya təmsilçisi hesabat dövründə 549,5 milyon avro gəlir əldə edib.

"Mançester Yunayted" 518 milyon avro ilə ikinci yerdə qərarlaşıb.

"Bavariya" ilk üçlüyü tamamlayır. Münhen komandasının gəlirləri 487,5 milyon avro təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2355978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR