Kutsi yeni serialla ekranlara qayıdır

Kutsi yeni serialla ekranlara qayıdır
14:01 22 Yanvar 2015
520 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni-aktyor Kutsi “Bəyaz yalan” adlı yeni serialla ekranlara qayıdır.

Axşam.az-ın məlumatına görə, müğənniyə təklif “Qardaş payı” və “Qaçaq gəlinlər” seriallarına prodüserlik edən “NTC Media” tərəfindən gəlib. Kutsinin tərəf müqabili isə “Qaçaq gəlinlər”də Kainat obrazını canlandıran aktrisa Dəniz Baysal olacaq.

Gülməz Pakmanın rejissorluğu ilə çəkilən serialda bir-birlərinə çox bənzəyən Alara və Mələk adlı qızların yer dəyişdirərək sevgililərini çaş-baş salmalarından bəhs ediləcək. İki fərqli duyğu və həyat ekran işinin əsas mövzusu olacaq. Serialın çəkilişlərinə bu ayın sonunda başlanılacaq.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR