BŞİH: Bakıda mitinq və görüşlərin keçirilməsi üçün ayrılan yerlərin siyahısında dəyişiklik yoxdur

14:02 22 Yanvar 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 13:57 ]


Bakı. Fərid Mirzəyev - APA. “Bakı Şəhər İcra Hakimiyyətinin 2013-cü il 11 sentyabr tarixində mitinq və görüşlərin keçirilməsi üçün ayırdığı yerlərin siyahısında hər hansı bir rəsmi dəyişiklik yoxdur”.

 

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

 

Zərurət yaranacağı təqdirdə, siyahıda dəyişikliyin ola biləcəyini istisna etməyən Z.Ramazanov 2015-ci ildə mitinq keçirilməsi üçün BŞİH-ə müraciət olunmadığını da bildirib.

 

Qeyd edək ki, BŞİH-in 2013-cü ilin 11 sentyabrında mitinq və görüşlərin keçirilməsi üçün Bakının 12 rayonunda ayırdığı yerlərin siyahısı belə idi: Binəqədi rayonu - Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış məntəqəsindəki boş sahə; Xətai rayonu - Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz ərazidəki meydança; Xəzər rayonu - Türkan qəsəbə parkının yanındakı meydan; Qaradağ rayonu - Sahil qəsəbəsi tamponaj idarəsinin qarşısındakı boş meydança; Nərimanov rayonu - “Ulduz” metrostansiyasının qarşısındakı meydan; Nizami rayonu - 8 km yaşayış sahəsi ərazisindəki idman meydançası; Nəsimi rayonu - 1-ci mikrorayon ərazisində yerləşən parkdakı meydança; Sabunçu rayonu - Bakıxanov qəsəbəsində yerləşən “Azneftgeofizika” Trestinin qarşısındakı idman meydançası; Səbail rayonu - 20-ci yaşayış sahəsi, sürücülük məktəbinin həyətindəki meydança; Suraxanı rayonu - Hövsan qəsəbəsi Mədəniyyət evinin qarşısındakı meydança; Yasamal rayonu - Yasamal Rayon Idman-Sağlamlıq Mərkəzinin ərazisi, Pirallahı rayonu - Pirallahı qəsəbəsi ərazisindəki boş meydança.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR