Növbəti səyyar qəbullar Nərimanov, Binəqədi və Səbail rayonlarında keçiriləcək

14:03 22 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar yanvarın 23-də Nərimanov, Binəqədi və Səbail rayonlarında keçiriləcək.
BŞTİ-dən AzərTAc-a bildiriblər ki, Nərimanov rayonu üzrə 82 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 37, 39, 45, 57, 82, 93, 116 (axşam), 178, 193, 193 (axşam), 212, 291 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Binəqədi rayonu üzrə 115 nömrəli məktəbdə keçiriləcək səyyar qəbulda Rəsulzadə qəsəbəsindəki 30, 99, 100, 115 nömrəli, 9-cu mikrorayondakı 144, 157, 267 nömrəli məktəblərin müəllim və valideynlərinin müraciətləri dinləniləcək.
Səbail rayonu üzrə 236 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 49, 91, 203, 163, 236, 239, 329 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00–da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin nümayəndələrindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR