“DəmirBank” valideynlərə “Uşaq” əmanətini təqdim edir

“DəmirBank” valideynlərə “Uşaq” əmanətini təqdim edir
14:03 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
“DəmirBank” valideynlərə uşaqlarının gələcək maliyyə durumlarını sığortalamağa, vəsaitlərinin təhlükəsizliyini təmin etmələrinə yardımçı olmaq üçün “Uşaq” əmanətini təqdim edir.
Bankdan AzərTAc-a bildiriblər ki, “Uşaq” əmanəti “DəmirBank”ın “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən əmanət növüdür. Hazırda bank iki əmanət növü təklif edir. Bunlardan biri “Hər rüb faizləri kapitallaşan uşaq əmanəti” növüdür ki, burada hesablanmış faizlər hər rüb əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faizlər hesablanır. Digər “Hər rüb faizlər hesablanaraq cari hesaba köçürülən uşaq əmanəti” növü isə istənilən vaxt faizləri cari hesabdan götürmək imkanı verir.
“Uşaq” əmanət hesabı açmaq üçün minimum 100 manat ilkin mədaxil edilməlidir. Maksimum 18 il müddətə açılan “Uşaq” əmanətini manat, avro və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DemirBank_valideynlere_Usaq_emanetini_teqdim_edir-826678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR