Kompüterdən də "Whatsapp"la mesaj göndərmək mümkündür

Kompüterdən də "Whatsapp"la mesaj göndərmək mümkündür
14:08 22 Yanvar 2015
462 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Whatsapp" istifadəçilərinin illərdir gözlədiyi xidmət nəhayət işə salındı. Trend-in cümə axşamı "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu gündən etibarən istifadəçilər kompüterdən də "Whatsapp"la mesaj yaza biləcəklər.

Bununla da SMS xidməti istifadəçilərinin xeyli azalacağı gözlənilir. Yeni xidmətdən yararlanmaq üçün web.whatsapp.com ünvanına daxil olaraq telefondakı "Whatsapp" əlavəsini açıb ekrandakı QR kodunu skan etmək lazımdır.

Veb saytdan söhbət etmək üçün telefonun internetə bağlı olması və bağlantıyı kəsməmək tələb olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2355987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR