Folklor İnstitutunda Cənubi Azərbaycan folkloru şöbəsi yaradılıb

Folklor İnstitutunda Cənubi Azərbaycan folkloru şöbəsi yaradılıb
14:13 22 Yanvar 2015
168 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda Cənubi Azərbaycan folkloru şöbəsi yaradılıb. Bununla bağlı qərar AMEA-nın rəyasət heyətinin iclasında qəbul edilib.
İnstitutdan AzərTAc-a bildirilib ki, şöbənin yaradılmasında məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir.
Qeyd edək ki, indiyə kimi Folklor İnstitutunda Cənubi Azərbaycan folkloru ilə bağlı “Təbriz folklor örnəkləri”, “Güney Azərbaycan folkloru” kitabları çap olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Folklor_Institutunda_Cenubi_Azerbaycan_folkloru_sobesi_yaradilib-826682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR