Həzi Aslanov anadan olmasında 105 il ötür (VİDEO)

Həzi Aslanov anadan olmasında 105 il ötür (VİDEO)
14:16 22 Yanvar 2015
337 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasından 105 il ötür. General-mayorun ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında xatirə mərasimi keçirilib.

Xatirə mərasimi Həzi Aslanovun Şəhidlər Xiyabanındakı məzar-abidə kompleksi qarşısına əklil və gül dəstələri qoymaqla başlayıb.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Müdafiə Nazirinin müavini general-leytenant Kərəm Vəliyev, generalın nəvəsi və Həzi Aslanov obrazının məhir ifaçısı xalq artisti aktyor Ramiz Novruz da iştirak edib.

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

İkinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülüb.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub.
Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR