"İşdən öz xahişimlə çıxmışam" - Umayra Tağıyevadan açıqlama

"İşdən öz xahişimlə çıxmışam" - Umayra Tağıyevadan açıqlama
14:21 22 Yanvar 2015
178 Şou
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun sabiq direktoru Umayra Tağıyeva haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, U.Tağıyeva "azvision.az"-a açıqlamasında işdən çıxması ilə bağlı deyilənlərin yalan olduğunu, vəzifəsindən öz ərizəsi ilə getdiyini bəyan edib.

“Hər şey qaydasındadır. İşdən çıxmaq mənim qərarımdır. İşdən öz ərizəmlə çıxmışam. Deyilənlər sadəcə cəfəngiyatdır”.

U.Tağıyeva mətbuatda yazılanları təkzib edərək işinə görə heç kimdən töhmət almadığını qeyd edib:

“Nə töhmət almışam, nə də ki, səhv proqnoz vermişəm. Belə bir şey baş verməyib. İşdən çıxmağım öz xahişimlə olub. Bu mənim qərarımdır. Beş il nazirin qəbulunda olmamışam. Heç kim məni çağırmayıb. Heç kim mənə töhmət verməyib. Mətbuatda yazılan məsələr baş verməyib. Mən istəmirəm ki, belə məsələlərdə mənim adım hallansın. Bu mənə bir qadın kimi xoş deyil. Heç kəs mənim adımdan xəbərlər yaymasın”.

Daha sonra U. Tağıyeva nazirlikdəki keçmiş işindən də danışıb:

“Mən mütəxəssis idim və nazirlikdə öz işimi yerinə yetirirdim. Oradakı iş sadəcə olaraq mütəxəssisin üzərinə düşən məsuliyyət idi. Mənim oradakı işimə vəzifə kimi baxmaq düzgün deyil. Ona görə də özümü heç vaxt vəzifədə hiss eləməmişəm”.

Sonda isə U.Tağıyeva gələcək fəaliyyəti ilə bağlı planlarının olduğunu deyib:

“Müəyyən planlarım var. Gələcəkdə açıqlama verəcəyəm”.

Qeyd edək ki, bu gün mətbuta səhifələrində U, Tağıyevanın işdən çıxması ilə bağlı məlumatlar dərc olunub. Məlumatlarda U. Tağıyevanın hava proqnozunu səhv verdiyi üçün işdən azad olunduğu qeyd olunub. Həmçinin bildirilib ki, o, nazirdən bir neçə dəfə töhmət alıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR