Dağlıq ərazilərdə sulu qar və qar yağacaq

Dağlıq ərazilərdə sulu qar və qar yağacaq
14:28 22 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü nisbətən əlverişli olsa da, rütubətliliyin çox olması və buludlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, axşama doğru bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 3-8° şaxta, dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR