Avstriya hökuməti terrorla mübarizəyə 290 milyon avro əlavə vəsait ayıracaq

14:33 22 Yanvar 2015
185 Dünya
Ölkə mətbuatı
A- A+


Vyana, 22 yanvar, AzərTAc
Fransada baş verən terror hadisələri və bir sıra Avropa ölkələrində terror təhlükəsinin artması Avstriya hökumətini də terrorizmə qarşı mübarizə üçün preventiv addımlar atmağa sövq edib. Qəbul edilmiş təhlükəsizlik paketinə əsasən, terrorizmə qarşı mübarizə məqsədilə 2015-2018-ci illərdə dövlət büdcəsindən əlavə 290 milyon avro vəsait ayrılacaq.
Hökumətin qərarına görə yaxın müddətdə antiterror əməliyyatları üçün helikopterlər, zirehli minik vasitələri, mühafizə avadanlıqları, müasir texnologiyalara əsaslanan müşahidə və kommunikasiya qurğuları alınacaq. Bu sahədə infrastruktur təkmilləşdiriləcək və terrorizmlə mübarizə üzrə 100 mütəxəssisin hazırlanması üçün xüsusi təlimlər keçiriləcək.
Təhlükəsizlik paketini tənqid edən müxalifət partiyaları hökuməti avadanlığa büdcə vəsaitlərini sərf etməkdənsə, əhali arasında maarifləndirici və önləyici iş aparılmasına diqqəti artırmağa, radikal qruplara qarşı qanunvericiliyi gücləndirməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə çağırıblar.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Vyana

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR